“Merck” COVID-19 dərmanının formulunu yoxsul ölkələrlə pulsuz paylaşacaq


Dünyanın ən böyük dərman şirkətlərindən biri “Merck” koronavirusa qarşı hazırlanan yeni dərmanın formulunu yoxsul ölkələrlə pulsuz paylaşacağını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, “Merck”, “molnupiravir” adlı dərmanın ağır xəstələrin xəstəxanaya yerləşdirmə və ölüm nisbətini iki dəfə azaltdığını açıqlayıb. Həmçinin “Merck” Asiya və Afrikadakı 105 ölkədəki şirkətlərlə formulu pulsuz paylaşacağını bildirib.
Qeyd edək ki, ABŞ Merkə 5 günlük doza üçün 712 dollar ödəməyə razılaşıb.
 

DİGƏR XƏBƏRLƏR

Top