“Balaca Aysu bir daha atasına çiçək toplamayacaq...” - FOTOLAR


Məşhur fotoqraf Reza Deqati bir il bundan əvvəl baş verən Bərdə terrorunda həlak olan Aysu ilə bağlı “Facebook” hesabında paylaşım edib.
Yeniavaz.com
xəbər verir ki, Deqati paylaşımında yazır:
“Bir il əvvəl.
Bərdə, Azərbaycan.
Aysu daha atasına gül gətirməyəcək. Erməni hərbçiləri tərəfindən Bərdə şəhərinə atılan kasetli bomba onu vuranda 7 yaşı var idi.
Bombardımanlar baş verən zaman o, kiçik bacısı ilə valideynləri üçün çiçək yığırdı. Balaca bacısını qorumaq üçün onun üzərinə atıldı. O, bacısının həyatını xilas edərək dünyasını dəyişib.
Aysu daha atasına gül gətirməyəcək.
Onun atası Rövşən sarsılır, göz yaşlarını dayandıra bilmir, məzarını təmizləyir və öləndə ona yaxın yerdə torpağa tapşırılmağı istəyir.
Rövşən daha 7 yaşında erməni bombardmanında öldürülən qızı Aysudan heç vaxt gül almayacaq”.


DİGƏR XƏBƏRLƏR

Top