Ağciyər Xəstəlikləri İnstitutunun tavanı uçub? - AÇIQLAMA


Bəzi kütləvi informasiya vasitələrində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qadınların yerləşdirildiyi palatada tavanın uçması ilə bağlı məlumat yayılıb. Qeyd edilib ki, hadisə nəticəsində xəstələr digər palataya köçürülüblər.
Yeniavaz.com
xəbər verir ki, İnstitutdan məsələ ilə bağlı məlumat verilib və tavanın uçması, xəsarət alanların olmasına dair yayılan xəbərlərin əsassız olduğu bildirilib.
Qeyd olunub ki, sadəcə yağışla əlaqədar palatanın tavanında su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top