“Qoşunların Zəngəzurdan çıxarılması əmrini şəxsən mən vermişəm” - Paşinyan


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan ordusunun Sünix sərhədindəki Pela dağından (Zəngəzurdan) çıxarılması ilə bağlı qərarın özü tərəfindən verildiyini etiraf edib.
Yeniavaz.com
"azatutyun"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri parlamentin bu gün keçirilən iclasında danışıb. O, etirafı müxalif deputat Anna Qriqoryanın qoşunların Pela dağından çıxarılması ilə bağlı sualına cavab verərkən aralarında yaranan dialoq vaxtı edib:
“Buna müharibədən qaçmaq üçün qərar verildi, çünki mən əmin idim ki, bu qərar qəbul edilməsəydi, orada hərbi əməliyyatlar başlayacaq və Sünixdə həqiqətən də problemlər yaşanacaqdı. Mən sizə 100 dəfə dedim ki, niyə orada dayanmışıq. Biz onlarla kilometr irəlidə idik, amma təəssüf ki, bu yerə çatdıq”.
Bundan sonra müxalif millət vəkili bu məsələdə kimin günahkar olduğunu müəyyənləşdirmək üçün növbəti sualını verib:
“Yəni siz demək istəyirsiniz ki, qoşunların çıxarılması əmrini verən şəxsin adı və soyadı Vaqarşak Arutyunyandır?"
 “Xeyr, mən qoşunların çıxarılması əmrini vermişəm, Vaqarşak Arutyunyan bu əmri yerinə yetirdi”, - deyə baş nazir Nikol Paşinyan cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top