“Azərsu” əməkdaşının döyülməsi iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə “Azərsu” ASC-nin Ağcabədi Sukanal sahəsinin rəhbərliyi tərəfindən həmin idarənin işçisinin döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan idarənin işçisi Tural Bayramovun döyülməsi ilə bağlı paylaşılan məlumatların Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırıldığı bildirilib:
“Müəyyən edilib ki, həmin şəxs Yevlax rayon sakini Taleh Bayramovdur. Onun döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Taleh Bayramov sosial şəbəkələrdə paylaşılan şəklin ona aid olmadığını və hazırda öz işinə davam etdirdiyini bildirib”.

DİGƏR XƏBƏRLƏR

Top