Acun Ilıcalı İngiltərənin bu futbol klubunu alır


Türkiyəli məşhur media rəhbəri Acun Ilıcalı İngiltərədə klub almaq istəyir. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə onun özü “Haber Global”ın canlı yayımında açıqlama verib. 
A.Ilıcalı Çempionat komandalarından “Hull City” ilə bağlı danışıqların müsbət keçdiyini də bildirib: ""Hull City"ni almağı düşünürəm, yaxşı danışıqlarımız oldu, iki tərəf bir-birini yaxşı anladı. Qarşı tərəf bizə güvənir. Allahın izni ilə xəyalım gerçəkləşəcək. "Hull City"nin uğuru ilə İngiltərədə ölkəmizin bayrağını dalğalandırmaq istəyirəm. Ümid edirəm ki, "Hull City" məşqçisindən tutmuş müəyyən futbolçulara qədər türklərdən ibarət olacaq. Məqsədim dünyaya səs salacaq komanda qurmaqdır".

DİGƏR XƏBƏRLƏR

Top