COVID-19 səbəbilə Moskvada məhdudiyyətlər tətbiq olunur


Rusiyanın paytaxtı Moskvada koronavirus epidemiyası ilə əlaqədar bu gündən məhdudiyyətlər tətbiq olunacaq.
Yeniavaz.com
 xəbər verir ki, bəzi sahələri əhatə edən qapanmalar noyabrın 7-dək qüvvədə olacaq. Bu prosesdə Moskva sakinləri onlayn alış-veriş edə biləcəklər. Dərman və qida sahəsi istisna olmaqla, şəhərdəki bütün ticarət obyektləri fəaliyyətini dayandırır. Həmçinin, ictimai xidmət göstərən dövlət qurumları da bu müddətdə fəaliyyət göstərməyəcəklər.
Qeyd edək ki, ölkədə maska ​​taxmaq öhdəliyi davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top