BMT: Dünyada məcburi köçkünlərin sayı 48 milyona çatıb


Dünyada münaqişələr nəticəsində məcburi köçkünlərin sayı 48 milyon nəfərə çatıb.
Yeniavaz.com
-un “TASS”a istinadən verdiyi xəbərə əsasən, ​​​​​​​bunu çərçənbə günü BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Ximenez-Damari beynəlxalq təşkilatın Baş Assambleyasının Üçüncü Komitəsində çıxışı zamanı deyib. 
O bildirib ki, bu indiyədək qeydə alınan ən yüksək göstəricidir:
“Silahlı münaqişə və zorakılıq nəticəsində öz yerlərindən didərgin düşmüş insanların sayı dünyada 48 milyona çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir”. 
BMT rəsmisi həmçinin əlavə edib ki, münaqişə vəziyyətləri, qlobal zorakılıq, 2020-ci ildən başlayan pandemiya və təbii fəlakətlər daha da kəskinləşə bilər.

DİGƏR XƏBƏRLƏR

Top