“Narkotik vasitələr Əfqanıstandan İrana, daha sonra Azərbaycana daşınır”


"Narkotik vasitələrin istehsalında Əfqanıstanın əsas ölkələrdən biri olduğunu və İranın həm Əfqanıstanla həm də Azərbaycanla həmsərhəd ölkələr olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu maddələr ənənəvi olaraq daha çox həmin ölkədən İrana, daha sonra Azərbaycan ərazisinə daşınır".
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov "report"a müsahibəsi zamanı deyib. O bildirib ki, narkokuryerlər narkotik vasitələrini Azərbaycan ərazisindən tranzit yolla keçirməklə Balkan marşrutu üzrə Avropa ölkələrinə daşınmasının həyata keçirilməsinə cəhd göstərirlər:
"2021-ci il ərzində ümumilikdə 22 halda narkotik vasitələr və psixotrop maddələrin İran İslam Respublikası istiqamətindən gətirilməklə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, həmin faktlar üzrə 12 halda iri həcmli narkotik vasitələr (1 ton 629 kq 555 qram narkotik vasitə və psixotrop maddə) gömrük orqanının əməkdaşları tərəfindən aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb".

DİGƏR XƏBƏRLƏR

Top