Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibə verib.
Yeniavaz.com xəbər verir ki, nazir jurnalistin “Ermənistandan gələn müsbət bir mesaj varmı?” sualına cavab olaraq deyib:
“Ermənistandan çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyik. Azərbaycanla birlikdə ata biləcəyimiz addımları müzakirə edirik. Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib”.