"İnsan haqlarını pozanlardan dərs alan deyilik" - Türkiyədən Çinə cavab


Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Firudin Sinirlioğlu "Beynəlxalq insan haqlarını və humanitar hüququ pozanlardan dərs alan deyilik" sözləri ilə çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanqın BMT Təhlükəsizlik Şurasının Suriya məsələsi ilə bağlı sessiyadakı çıxışı olub.
Şuanq çıxışında Fərat çayında suyun səviyyəsinin azalması ilə birlikdə Allouk su obyektindəki kəsilmələrə görə Türkiyəni günahlandırıb. O, Türkiyəni Suriyanın şimal-şərq hissəsini işğal etməkdə ittiham edərək, beynəlxalq humanitar qanunlara əməl etməyə çağırıb.
Qeyd edək ki, Ötən həftə BMT-də Türkiyə də daxil olmaqla 43 ölkə Sincan Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı insan haqları pozuntularından narahatlığını ifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top