Çavuşoğlu: "Heç kim Türkiyəyə barmaq silkələyə bilməz"


"10 səfirin verdiyi açıqlama qəbuledilməz idi. Onlar ölkənin və millətin qəbul edə bilməyəcəyi şəkildə davrandılar. Səfirlər səhvlərini anladılar və açıq şəkildə geri çəkildilər".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iş adamı Osman Kavalanın azadlığa buraxılmasını tələb edərək bəyanat yayan 10 ölkənin səfirlikləri ilə bağlı deyib.
Məlumat Türkiyənin Xarici işlər Nazirinin tviter hesabında paylaşılıb. 
Nazir bildirib ki, əgər səfirlər yeni bir açıqlama verməsəydilər, sözügedən 10 səfir prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ölkədən deportasiya olunmağa başlanacaqdı.
Çavuşoğlunun sözlərinə görə, heç kəs Türkiyəyə barmaq silkələyərək onun daxili işlərinə qarışa bilməz: 
"Heç kim Türkiyəyə barmaq silkələyə bilməz, Türkiyənin daxili işlərinə qarışa bilməz və biz ölkəmizin namusunu tapdalatmayacağıq".
Nazir səfirlərin davranışlarının qəbuledilməz olduğunu bildirirək bu işin yarımçıq qalmayacağını və tədbirlər görüləcəyini də qeyd edib. 
Xatırladaq ki, oktyabrın 18-də ABŞ, Fransa, Almaniya, Niderland, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri 4 ildir həbsdə olan insan haqları aktivisti Osman Kavalanın azadlığa buraxılmasını tələb edən bəyanat yayıblar. Prezident R.T.Ərdoğan 24 oktyabr Əskişəhər çıxışında xarici işlər nazirinə həmin ölkələrin səfirlərini “persona non-qrata” elan edilməsi barədə tapşırıq vermişdi.
Türkiyə XİN-ə çağırılan səfirlər Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə (daxili işlərə qarışmama) sadiq olduqları barədə açıqlama yaymışdılar. Türkiyə Prezidenti sözcüsü İbrahim Kalın səfirlərin bu açıqlamasını məmnuniyyətlə qarşıladıqlarını açıqlamışdılar. Beləcə Türkiyə ilə 10 ölkə arasında gözlənilən diplomatik qalmaqal başlamadan bitmişdi.

DİGƏR XƏBƏRLƏR

Top