Nazirlik ermənilərin Qarabağdan çıxardığı muzey eksponatları ilə bağlı hərəkətə keçdi


"Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev açıqlamasında deyib.
O bildirib ki, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq".

DİGƏR XƏBƏRLƏR

Top