Azərbaycanda bu vaxta qədər həbs olunan generalların SİYAHISI + FOTOLAR


Xəbər verdiyimiz kimi, dünən Bakı Hərbi Məhkəmədə sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. O, 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilib.
Yeniavaz.com xəbər verir ki, bu Azərbaycanda ilk belə hal deyil. Bundan əvvəllər də həbs olunan generallar olub.
Ölkədə həbsə düşən generalları sizə təqdim edirik.

Hazırda həbsdə olan general-leytenant Əhməd Əhmədov 2000-2017-ci illər aralığında Naxçıvan MR-in daxili işlər naziri olub. O, mənimsəmədə ittiham olunanaraq 11 il müddətində azadlıqdan məhrum edilib.


Vaxtilə MTN-də Antiterror Mərkəzinin rəisi olan general-mayor Elçin Quliyev 2017-ci ilin noyabrında 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, müavini İlqar Əliyevin ölümü ilə bağlı açılan cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun da siyahıda adı var. Nizam Şirinov bir çox maddə üzrə təqsirləndirilir və Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edir.

Mövlam Şıxəliyev ləğv edilmiş MTN-nin sabiq idarə rəisi idi. O, mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir. Məhkəmə davam edir və növbəti proses noyabrın 2-də keçiriləcək.

Həbs olunan generallardan daha biri DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general-mayor Zakir Nəsirovdur. 2005-ci il iyulun 8-də ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunan general hazırda şərti azadlıqdadır.

“MTN işi” ilə bağlı həbs edilən ləğv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Akif Çovdarov da siyahıya daxildir. Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

General-leytenant Əfqan Nağıyev ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Həbsindən 3 ay sonra, ötən il avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılıb. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilib. Hazırda DSX-nin rəis müavini kimi fəaliyyətini davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top