Özəl bankların ümumi mənfəətinin 66%-ni “Paşa Holdinq”ə məxsus banklar əldə edib – TAM SİYAHI


Maliyyə hesabatı açıqlayan 26 bankdan 22-si ilin ilk 9 ayını mənfəət, 4-ü isə zərərlə başa vurub.


Yeniavaz.com xəbər verir ki, zərər edən banklar “Pakistan Milli Bankı”, “Access Bank”, “Yapıkredi Bank” və “Bank Avrasiya” olub.

22 bankın xalis mənfəəti isə 505 milyon manat olub.

Əldə olunan mənfəətin 433 min manatı və ya 86%-i 5 bankın - “Beynəlxalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Bank of Baku” və “Xalq Bank”ın payına düşüb.

Qeyd edək ki, bu vəsaitin də təxminən yarısı - 204 milyon manatı “Paşa Holdinq”ə məxsus olan bankların – “Kapital Bank» (135 milyon manat) və “Paşa Bank”ın (69 milyon manat) payına düşüb. 

Eyni zamanda bildirək ki, özəl bankların əldə etdiyi ümumi mənfəətin (308 milyon manat) 66%-ni “Paşa Holdinq”ə məxsus banklar əldə edib.
 
Banklar Mənfəət
(min manat)
 
Zərər
(min manat)
III rüb 2021 III rüb 2020 III rüb 2021 III rüb 2020
“Beynəlxalq Bank” 197 000 135 397    
“Kapital Bank” 135 200 245 650    
“Paşa Bank” 69 300 60 532   23 193
“Yelo Bank” 11 367 -    
“AFB Bank” 8 700 1 775    
“Rabitəbank” 6 600 3 844    
“Express Bank” 8 100 7 426    
“Naxçıvan Bank” 5 924 6 728    
“Bank Melli İran” 964 898    
“Azər Türk Bank” 729 89    
“ASB” 1 700 7 130    
“BTB Bank” 1 200 442    
“Unibank” 4 010 11 248    
“Günay Bank” 399 246    
“Bank Avrasiya” - 195 2 798  
“Xalq Bank” 14 243 25 940    
“Ziraat Bank” 3 900 1 939    
“Turan Bank” 404 1 414    
“Premium Bank” 6 999 7 650    
“Muğan Bank” 602               -   8 254
“Bank VTB” 3 900 2 585    
“Access Bank” - 3 038 917  
“Yapıkredi Bank” - 1 573 246  
“Pakistan Milli Bank” - - 228,3 315
“Bank of Baku” 16 788 8 612    
“Bank Respublika” 12 100 5 838    

 A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top