Qulaq asın, növbəti qurban siz olmayın – VİDEO


Xəbər verdiyimiz kimi, ölkədə kibercinayətkarlıq halları son vaxtlarda artıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi də vətəndaşlara müraciət edib.
Kibercinayətkarlar bu dəfə texnobloger və mütəxəssis Fərid Pərdəşünasla danışıblar. Bu barədə bloger sosial şəbəkədə məlumat verib.
F.Pərdəşünas bildirib ki, dostuna gələn zəngə özü cavab verib: ""Kapital Bank" adından zəng edən kibercinayətkarların hədəfində bu dəfə bizik. Dostuma gələn zəngi mən cavablayıram. Adamlar saxta nömrədən “Spoofing” ilə zəng edir. "Kapital Bank" adından “spoofing” ilə mesaj göndərir. Əsas məqsəd BirBank-a girmək üçün köhnə dediyi parolu ələ keçirməkdir. Amma gedişatda fərqli şeylər peyda olur. Bu yeni növ kiberhücumdur. Dostlarınıza, xüsusən valideynlərinizə bunu göndərin. Bu arada qeyd edim ki, sonra yenidən zəng etdilər və söyüşlü dava başladı".
Həmin danışığı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top