Gürcüstanda Saakaşviliyə dəstək mitinqi keçirilib - VİDEO


Gürcüstanın ən böyük müxalifət partiyası “Vahid Milli Hərəkat” Zuqdidi rayonunun mərkəzində mitinq təşkil edib. 
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, etirazçıların əllərində Gürcüstan bayraqları, rayonlarının adları yazılmış plakatlar olub və onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. 
Həmçinin Mixail Saakaşvilinin aksiya iştirakçılarına müraciəti oxunub. O, öz tərəfdarlarını ruhlandırıb və Gürcüstanı bu bölgədən başlayaraq  “azad etməyə” çağırıb. 
Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib. “Vahid Milli Hərəkat”ın birinci turda qalib gəlməsi üçün cəmi üç faiz səsi çatmayıb. Seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək, əhali Zuqdidi rayonu da daxil olmaqla 20 şəhər və rayonun merlərini seçəcək.

DİGƏR XƏBƏRLƏR

Top