Faciədən 138 saat sonra qurtuldu, balkondan yıxılıb öldü


Türkiyədə 2004-cü ildə çökən binanın dağıntıları altından 5 gün sonra qurtulan kişi balkondan yıxılaraq ölüb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya şəhərində 2004-cü ildə çökən “Zümrüd Apartmanı”nın dağıntıları altından 138 saat sonra çıxarılan 32 yaşlı Muhammed Saltuk Kalem epilepsiya tutması nəticəsində balkondan yıxılıb.
Hadisə yerinə gələn təcili yardım 32 yaşlı kişinin öldüyünü təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top