Haitidə yanacaq böhranına səbəb olan dəstələr baş nazirin istefasını tələb edir


Haitidə benzin böhranına səbəb olan silahlı dəstələrin rəhbərləri əsas yolları bağlayaraq, baş nazir Ariel Anrinin istefasını tələb edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Silahlı dəstələrin rəhbərləri adıgedən şəxsi keçmiş prezident Covanel Moisenin qətlinin təşkilində şübhəli bilirlər. Onların belə ittiham irəli sürməsinə səbəb dövlət başçısının iqamətgahına hücum təşkil edilən gecə Anri ilə əsas şübhəlilərdən biri Cozef-Feliks Badieu arasında bir neçə telefon danışığı etməsi olub.
Qeyd edək ki, Haitinin keçmiş prezidenti Covanel Moise xanımı Martin  Moise ilə birgə bu il iyulun 7-də evinin həyətində hücuma məruz qalmışdı. Prezident həyatını itirmiş, həyat yoldaşı isə ağır yaralanaraq ilk tibbi yardımdan sonra ABŞ-da klinikalardan birinə yerləşdirilmişdi. Prezidentinin qətlində şübhəli bilinən şəxslər saxlanılmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top