Dünyada 379 nəfər selfi çəkərkən həyatını itirib


İspaniyada aparılan epidemioloji araşdırma nəticəsində 2008-ci ildən bəri dünyada 379 nəfərin selfi çəkərkən dünyasını dəyişdiyi məlum olub.
Yeniavaz.com
“Journal of Travel Medicine”ə istinadən xəbər verir ki, selfi çəkilişində 100'den çox ölüm faktı ilə Hindistan ilk sırada gəlir. Hindistanı 39 ölümlə ABŞ və 33 ölümlə Rusiya izləyir.
Araşdırmaya görə, Hindistandakı ölümlərin əhəmiyyətli bir hissəsi insanların bədənini nəqliyyat vasitələrinin pəncərəsindən və ya qapısından çıxarması nəticəsində yaşanan qəzaların ardından gerçəkləşib. Ölənlərinin üçdə birinin turist olduğu ortaya çıxıb.
Qeyd edək ki, müasir dövrdə insanlar öz fotolarını çəkərkən əsas etibarilə selfi, yəni özçəkimdən istifadə edirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top