Çin dünyanın ilk ikioturacaqlı döyüş təyyarəsini hazırladı


Çində dünyanın ilk ikioturacaqlı 5-ci nəsil döyüş təyyarəsi hazırlanıb.
Yeniavaz.com
xəbər verir ki, “The Military Watch” jurnalı J-20 reaktiv təyyarəsinin ikioturacaqlı modifikasiyasının görüntülərini təqdim edib.
Jurnalın yayımladığı iki kadrda gizlilik səbəbi ilə Çin Hərbi Hava Qüvvələrinin rəngləri olmayan J-20 təyyarəsi göstərilib.
İkioturacaqlı döyüş təyyarəsi J-20-nin hücum və elektron döyüş versiyalarını inkişaf etdirmə fürsəti verəcəyi ifadə edilən xəbərdə ikinci pilotun elektron avadanlıq və silahı idarə edəcəyi bildirilib.
Qeyd edək ki, hazırda təyyarədən yalnız bir ədəd istehsal edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top