Ərdoğan: “Mənim kitabımda geri addım atmaq yoxdur”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Yeniavaz.com “HaberGlobal”a istinadən
xəbər verir ki, Türkiyə prezidenti jurnalistlərin xarici mətbuatda yer alan “Ərdoğan böhrandan qaçdı, geri addım atdı” başlıqlarını necə qiymətləndirirsiniz?” sualına cavab olaraq bu sözləri deyib:
“Mən necə geri addım atdım? Mən hücumdayam. Mənim kitabımda geri çəkilmək yoxdur”.
Qeyd edək ki, Türkiyə prezidenti ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə əlaqədar Azərbaycana gəlib.
 

DİGƏR XƏBƏRLƏR

Top