Fransada ilin sonuna qədər 7 məscid və dərnək bağlanacaq


Bu ilin sonuna kimi Fransada daha 7 məscid və dərnək “radikal islamçılığı” müdafiə etdikləri səbəbilə bağlanacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Xerald Darmanen öz açıqlamasında deyib.
O, Alon şəhərindəki məscidin "radikal islam"ı təbliğ etdiyinə görə 6 ay müddətinə bağlanması qərarından məmnun olduğunu dilə gətirib. Açıqlamada həmçinin il sonuna qədər daha 7 məscid və dərnəyin eyni səbəbdən bağlanacağı bildirilib.
Qeyd edək ki, Fransa Avropada müsəlmanların ən çox yaşadığı ölkədir. Bu ölkədə əksəriyyəti Şimali Afrika əsilli olmaqla 5 milyondan çox müsəlmanın yaşadığı təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top