Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxıldı - FOTOLAR


Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində tədbir keçirilib.
Bu barədə Yeniavaz.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə medallar təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top