İranda yanacaqdoldurma məntəqələrindəki xaosun səbəbi açıqlandı


İranda yanacaqdoldurma məntəqələri şəbəkəsi sıradan çıxdı.
Yeniavaz.com
-un “TASS”a istinadən verdiyi xəbərə əsasən, İranın Kiberməkan üzrə Ali Şurasının katibi Əbülhəsən Firuzabadi bildirib ki, bunun xaricdən kiberhücüm olması ehtimal edilir. Katib qeyd edib ki, problem ekspertlərin sayəsində həll edilib: “Hücum o qədər kütləvi idi ki, ölkədəki bütün - 4300 yanacaqdoldurma məntəqəsinin işini pozdu. Ola bilsin ki, bu hücum, İran İslam Respublikasının dəmir yollarına olan kiberhücum kimi xaricdən həyata keçirilib”.
Ə.Firuzabadi hadisə ilə bağlı araşdırmanın nəticələrinin 7-10 gün ərzində açıqlanacağını deyib.
Qeyd edək ki, Milli Neft Məhsullarının paylayıcı şirkətinin rəsmisi Fatemi Kakhi çərşənbə günü İran yanacaqdoldurma məntəqələrinin təxminən 80 %-nin normal fəaliyyətə qayıtdığını bildirib. 

DİGƏR XƏBƏRLƏR

Top