Saakaşvilinin vəkili Gürcüstana buraxılmadı


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin ukraynalı vəkili Evgen Qruşovets onun Gürcüstana girişinə icazə verilmədiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, Qruşovets bu barədə öz feysbuk hesabında məlumat paylaşıb. Vəkil Tbilisi Beynəlxalq Hava Limanında saxlanıldığını və heç bir izahat verilmədən Ukraynaya göndərildiyini bildirib. 
Qruşovets əlavə edib ki, stüardessa onu deport edilmiş sərnişin adlandırıb və o, pasportu olmadan Kiyevə qayıdır:
"Mən şəxsimə qarşı gürcü qonaqpərvərliyini hiss etdim. Pasportumu götürüb ekipaj komandirinə verdilər. Mən izah etdim ki, Saakaşvili üçün gəlmişəm, amma təəssüf ki, Ukraynaya qayıdıram".

DİGƏR XƏBƏRLƏR

Top