Distant tədrisə keçən siniflərin sayı AÇIQLANDI


“Respublikada ümumi 4 432 məktəb var və onların 31-i distant təhsilə keçib”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O, əlavə olaraq qeyd edib ki, koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i iki həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb:
“Belə ki, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərindəki siniflərin 0,6 faizini təşkil edir”.

DİGƏR XƏBƏRLƏR

Top