İraqda parlament seçkilərinin nəticələri yenidən əllə sayılır


İraqda siyasi partiyaların etiraz etdiyi 2000-dən çox seçki qutusu paytaxt Bağdadın Yaşıl Zona adlandırılan ərazisində yenidən açılaraq əllə sayılmağa başlanıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə əsasən Mosul, Babil və paytaxt Bağdadda keçirilmiş seçkilərin nəticələrinə etiraz edilib. Seçki qutularının açılmasına ilk növbədə Mosuldan başlanılıb. Növbəti günlərdə isə sıra ilə Babil və Bağdadda davam etdiriləcək. 
Qeyd edək ki, Bağdadda Yaşıl Zona adlandırılan ərazidə Fəth Koalisiyası və Həşdi Şabi tərəfdarlarının başlatdığı oturaq etiraz aksiyası 9 gündür davam edir. 

DİGƏR XƏBƏRLƏR

Top