Saakaşvilidən müsahibə almaq istəyən jurnalist Gürcüstana buraxılmadı


Ukraynalı jurnalist Dmitri Qordon eks-prezident Mixail Saakaşvilidən müsahibə almaq üçün Gürcütana getdiyini, lakin ölkəyə buraxılmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında məlumat verib:
"Mən bir saat əvvəl Tbilisiyə uçdum və bu müddət ərzində pasport nəzarəti xidmətində pasportuma möhür vurulması üçün gözləyirdim. Mənə indicə rəsmi şəkildə elan olundu ki, Gürcüstana girişim qadağandır. Amma heç bir səbəb göstərilməyib. Mən bunu birmənalı olaraq onunla əlaqələndirirəm ki, Mixail Saakaşvilidən müsahibə almaq istəyirdim. Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan Xarici İşlər Nazirliyinə səfərimin təşkili ilə bağlı müraciət edib. Bütün baş verənlər beynəlxalq qalmaqaldır və Gürcüstan hakimiyyəti üçün biabırçılıqdır. İndi mən Kiyevdən gəldiyim təyyarə ilə uçuram. Evdə görüşənədək!".
 

DİGƏR XƏBƏRLƏR

Top