Rusiya "Bayraktar"ın Donbasda istifadəsindən narahatdır - Peskovdan AÇIQLAMA


Rusiya prezidentinin mətbuat katibi Dimitri  Peskov Türkiyəyə məxsus pilotsuz təyyarələrin Ukraynaya tədarükündən narahatlığını dilə gətirib.
Yeniavaz.com
-un ’’TASS’’a istinadən verdiyi xəbərə əsasən, o bildirib ki, bu cür silahların istifadəsi sabitliyin pozulmasına gətirib çıxarır: "Biz görürük ki, bu cür silahlar hərbçilərin əlinə keçən kimi onlardan Ukraynanın bu regionunda istifadə oluna bilər və bu, yalnız sabitliyin pozulmasına gətirib çıxarar".
Peskov həmçinin Türkiyə ilə yaxşı münasibətləri olduğunu da qeyd edib: "Bizim Türkiyə ilə həqiqətən də xüsusi və yaxşı münasibətlərimiz var. Lakin bu halda, təəsüf ki, qorxularımız təsdiqlənir ki, Ukrayna hərbçilərinə bu cür silahların tədarükü potensial olaraq təmas xəttində vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara bilər’’.
Qeyd edək ki, oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbçilərin Donbasda ilk dəfə Türkiyənin ’’Bayraktar’’ pilotsuz uçuş apparatından istifadə etdiyini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top