Ərdoğan Baydenlə görüş yerini açıqladı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan Baydenlə görüşü barədə ünvanlanan suala belə cavab verib:
“Böyük ehtimalla ABŞ Prezidenti Co Baydenlə görüşümüz Romada deyil, Qlazqoda olacaq”.
Ərdoğanın sözlərinə görə, görüşdə müzakirənin əsas prioritetini “F-35” qırıcıları təşkil edəcək:
““F-35” ilə əlaqədar bizim 1 milyard 400 milyon dollarlıq ödənişimiz olub. Təbii ki, onun bizə geri ödənilməsi planının necə olacağını onlarla müzakirə etməliyik”.
Qeyd edək ki, noyabrın 1-dən 12-dək Şotlandiyanın Qlazqo şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top