Bolsonaronun 9 cinayətdə ittiham olunduğu hesabat parlamentdə təsdiqlənib


Braziliya prezidenti Jair Bolsonaronun COVID-19 epidemiyası ilə mübarizədə səhlənkarlıq edib-etmədiyini araşdırmaq üçün yaradılan Parlament Təhqiqat Komissiyası (CPI), Bolsonaronun 9 cinayətdə ittiham olunduğu yekun hesabatı təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, Senatdakı səsvermədə CPI üzvləri Bolsonaronun insanlığa qarşı cinayətlər, epidemiya və sağlamlıq tədbirlərinə etinasızlıq kimi 9 cinayətlə ittiham edildiyi hesabatı 7 səslə təsdiqləyib.
Məlumata görə, Bolsonaro bəşəriyyətə qarşı cinayətlər, sanitariya qaydalarını pozma, şarlatanlıq, cinayətə təhrik, sənədlərin saxtalaşdırılması, dövlət vəsaitinin düzgün istifadə edilməməsi, sui-istifadə, ölümcül epidemiyalar və vəzifə şərəfinə hücumlarda ittiham olunur.
Qeyd edək ki, keçən həftə prezidentin sosial media hesabından canlı yayımda COVID-19 peyvəndi ilə bağlı açıqlamalarına görə "Facebook" və "Instagram" Bolsonaronun videolarını silib, "YouTube" isə hesabını bir həftəlik bloklayıb.

DİGƏR XƏBƏRLƏR

Top