
Sosial şəbəkələrdə noyabr ayından etibarən Azərbaycanda orta məktəblərin bağlanacağı və yenidən distant təhsilə keçəcəyi ilə bağlı iddialar səsləndirilir.
Yeniavaz.com xəbər verir ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində bu iddialara münasibət bildirib:
“Rəsmi onu deyə bilərəm ki, bu gün üçün belə bir qərar yoxdur. Hər şey yoluxma ilə bağlı rəqəmlərdən asılı olacaq. ÜST-ün tövsiyəsi isə ondan ibarətdir ki, təhsil müəssisələri sonda bağlanmalıdır”.