ABŞ Assancın ekstradisiyası ilə bağlı yenidən vəsatət qaldırıb


ABŞ bu gün ’’WikiLeaks’’in yaradıcısı Culian Assancın bu ölkəyə ekstradisiya edilməməsinə etiraz olaraq yenidən məhkəmə qarşısında vəsatət qaldıracaq.
Yeniavaz.com
"euronews"ə istinadla xəbər verir ki, ABŞ  Assancı cəsusluqla ittiham etmək üçün ekstradisiya tələb edir. 
Buna səbəb Britaniya hakiminin bu ilin əvvəlində ABŞ-ın eyni müraciətinə rədd cavabı verməsidir. ABŞ hökuməti britaniyalı hakim Vanessa Baraitserin yanvar ayında verdiyi qərardan son dərəcə "məyus" olduğunu açıqlayıb. Belə ki, ABŞ rəsmiləri hakimi verdiyi qərarın Assancın intiharına yol aça biləcəyini deyiblər. Bunu onun psixi sağlamlığı və saxlanıldığı yüksək təhlükəsizlik rejimli həbsxana ilə əlaqələndiriblər.
Vaşinqton sonuncu məhkəmə iclasında hakimin intihar riskinin olmadığını bildirən ekspert sübutlarını düzgün qiymətləndirmədiyini əsas gətirərək etiraz edəcək. ABŞ hakimin Assancın psixiatriya üzrə eksperti Maykl Kopelmanın ifadəsinə əsaslanaraq aldandığını iddia edir. 
Qeyd edək ki, 50 yaşlı Assanc 2019-cu ilə qədər Ekvadorun İngiltərədəki səfirliyində girov müqabilində 7 il yaşayıb. Daha sonra İsveç hökuməti tərəfindən cinsi təcavüzdə ittiham olunub. O, Böyük Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən İsveçə ekstradisiyanın qarşısının alınması üçün həbs edilib. Assanc hal-hazırda Londondakı yüksək təhlükəsizlik rejimli Belmarş həbsxanasındadır.

DİGƏR XƏBƏRLƏR

Top