“İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla problemi olmaz”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan həmçinin son vaxtlar Azərbaycan və İran arasında gedən siyasi proseslərə də münasibət bildirib:
“İlham bəylə də bu məsələni müzakirə etdik. İlham bəyin qətiyyətli mövqeyi var və heç bir güzəştə getmir. O bildirdi ki, İsraillə istənilən mülki mübadilə sahəsinə qarşılıqlı addım ata bilərlər. Həmçinin qeyd etdi ki, bizim İsraillə əlaqələrimiz var və bundan sonra da davam edəcəyik, necə ki, müxtəlif ölkələrlə də bunu edirik. Ölkələr bu məsələlərdə bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. İran sağlam düşüncə ilə hərəkət etsə, Azərbaycanla arasında heç bir problem olmayacaq”.
Qeyd edək ki, Türkiyə prezidenti ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı ilə əlaqədar Azərbaycana gəlib.

DİGƏR XƏBƏRLƏR

Top