2 ABŞ-lı senator Baydeni Hindistanı cəzalandırmamağa çağırdı


Virciniya ştatından Mark Uorner, Texas ştatından isə Con Kornin adlı 2 ABŞ-lı senator prezident Co Baydeni Rusiyadan hava hücumundan müdafiə sistemi "S-400" zenit raket kompleksi aldığı üçün Hindistana qarşı CAATSA-nın qərarı ilə sanksiyalar tətbiq etməməyə çağırıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, senatorlar məsələ ilə bağlı Baydenə məktub ünvanlayıb. Məktubda senatorların Hindistan və Rusiya tərəfindən 2018-ci ildə imzalanan müqaviləyə əsasən "S-400"lərin alışından narahatlıqları dilə gətirilib. Onlar həmçinin vurğulayıblar ki, Hindistan Sovet İttifaqı dağıldıqdan sonra Rusiyadan hərbi texnikaların alışını azaltmaq üçün əhəmiyyətli addımlar atıb. Senatorlar bu səbəbdən də Hindistanı CAATSA-nın qərarından azad etmək üçün çağırış etdiklərini dilə gətiriblər. 
Xatırladaq ki, 2015-ci ildə Hindistan Rusiyadan "S-400" almaq niyyətində olduğunu açıqlayıb. 5,43 milyard dollar dəyərində olan "S-400" zenit raket kompleksinin alınmasına dair müqavilə Rusiya prezidenti Vladimir Putinin 2018-ci ilin oktyabrında Hindistana səfəri zamanı imzalanıb. 
 

DİGƏR XƏBƏRLƏR

Top