Türkiyə polisi qeyri-qanuni yolla ölkəyə gətirilmiş minillik Tövratları müsadirə etdi - FOTO

 

Türkiyənin Mardin bölgəsində polisin keçirdiyi əməliyyatda minillik, müxtəlif heyvan dəriləri üzərində qızılı işləmələrlə yazılmış 5 ədəd Tövrat müsadirə olunub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatla əlaqədar saxlanılan şəxsin polis bölməsində dindirilməsi olub. Mardin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatda 1 şübhəli saxlanılıb.  Tarixi əhəmiyyətə malik olan kitabların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyənləşdirilib.
Polis ələ keçirilən Tövratların ölkəyə necə gətirilməsi ilə bağlı işi davam etdirir.
Qeyd edək ki, qədim ibrani dilində bu kəlmənin ilkin mənası "qanun", "təlim" yaxud "öyüd-nəsihət" mənasında işlədilib. Zamanla yəhudilərin Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verilib. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya Əhdi Ətiq nəzərdə tutulur.


 
 

DİGƏR XƏBƏRLƏR

Top