ABŞ məhkəməsi Eskobarın begemotlarını "insan" hesab edib


ABŞ məhkəməsi kolumbiyalı narkobaron Pablo Eskobarın begemotlarını "qanuni hüquqları olan hüquqi şəxslər" kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, Pablo Eskobar 1980-ci illərdə şəxsi təsərrüfatına qanunsuz olaraq 4 begemot daxil edib. 1993-cü ildə atışmada öldürüldükdən sonra begemotlar ortada qalıb.
Son səkkiz ildə begemotlar artaraq sayları 35-dən 80-ə çıxıb. Kolumbiyadakı bəzi elm adamları begemotların bölgənin biomüxtəlifliyi üçün təhlükə yaratdığını, bəziləri isə heyvanların öldürülməsinin yeganə həll yolu olduğunu iddia edirdilər.
ABŞ-da yerləşən Heyvanların Hüquqi Müdafiə Fondu (ALDF) Kolumbiya hökumətini 100-ə yaxın heyvanı öldürmək planına görə məhkəməyə verib. İşin davam etdiyi bir vaxtda Regional Ətraf Mühit Agentliyi bəzi heyvanlara doğuşa nəzarət həbləri verməyə başlayıb. Ohayo Cənub Dairə Məhkəməsi begemotların hüquqi şəxs kimi tanındığını elan edib.
Qeyd edək ki, Kolumbiya hökumətinin bu qərarı tanıyıb-tanımayacağı müzakirə mövzusu olub.

DİGƏR XƏBƏRLƏR

Top