Sudanda mülki hökumət tərəfdarlarının nümayişləri səbəbindən Xartum hava limanı bağlanıb və ölkədə fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan Mülki Aviasiya Təşkilatından məlumat verilib. Açıqlamada hava limanının 26-30 oktyabr tarixlərində uçuşlara bağlanacağı bildirilib.
Qeyd edək ki, oktyabrın 25-də səhər saatlarında Sudanda müxalif hərbçilər ölkədə hakimiyyəti qəsb etmək cəhdlərinə müqavimət göstərmək üçün əhalini küçələrə çağırıb. Baş nazir Abdullah Hamduk və bir çox siyasətçi saxlanılıb.