Zukerberq və həyat yoldaşı məhkəməyə verildi


Mark Zukerberq və onun həyat yoldaşı Pristilla Çan keçmiş işçiləri tərəfindən qısnama və ayrı-seçkiliyə görə məhkəməyə verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "ria.ru" məlumat yayıb. Ailə sentyabrın 20-də məhkəməyə verilsə də, bu barədə yalnız oktyabrın 26-da məlumat yayılıb. Zukerberqlər ailəsinin sözçüsü Ben La Bolt ailəyə qarşı irəli sürülən ittihamları tənqid edərək onların təsdiqlənməyəcəyini bildirib. 
Göstərilir ki, məhkəmə iş üzrə heç bir dinləmə təyin etməyib və ailədən heç kim məhkəmə qarşısında rəsmi cavab verməyib. 
Qeyd edək ki, iddiaçılar Con Doe və Mia Kinq 2017-ci ilin yanvarından 2019-cu ilin martına qədər Zukerberqin ailəsində ev meneceri kimi işləyib. Şikayətçilər 2018-ci ilin mayından 2019-cu ilin fevralına qədər Zukerberq ailəsi üçün təhlükəsizlik xidmətləri göstərən "Limitless Specialty Services"nin əməkdaşlarıdır.

DİGƏR XƏBƏRLƏR

Top