İstanbul metrosunda nasazlıq yarandı, sərnişinlər yola piyada davam etdilər – VİDEO


Ötən gün gecə saatlarında Türkiyənin İstanbul şəhərində, Yeniqapı-Kirazlı metro xəttində texniki nasazlıq yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə tunelin Kirazlı stansiyasına yaxın hissəsində baş verib. Nəticədə qatarda olan sərnişinlər piyada hərəkət edərək stansiyaya çatmalı olublar.
Hadisə nəticəsində metroda sıxlıq yaranıb. Yaşanan anları sərnişinlər mobil telefonları ilə lentə alıblar.
Qeyd edək ki, görülən işlərdən sonra nasazlıq aradan qaldırılıb və reyslər normallaşıb.
Həmin anların görüntüsünü təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top