Şəhid Sahib Həsənovun anası Vüsalə Məmmədova intihara cəhd etdiyini bildirib və bunun səbəbi ilə bağlı “Baku TV”nin suallarını cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, şəhid anası bu cəhdini sosial problemləri ilə əlaqələndirib.
Qadının anası bildirib ki, qızının intihara cəhd etməsinə səbəb kirayə pulunu ödəyə bilməməsi və ona uyğun işin tapılmamasıdır.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı mətbuata açıqlama verilib və intihara cəhd halının olmadığı bildirilib. Qurumdan, Vüsalə Məmmədovanın növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhətinin pisləşdiyi, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirildiyi qeyd olunub.
Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.
Vüsalə Məmmədova Vətən Müharibəsi şəhidi Sahib Həsənovun anasıdır.