Ermənistanın dövlət borcu açıqlandı


Ermənistanın dövlət borcu artaraq 9 milyard dollar həddini keçib.
Yeniavaz.com
“Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu il sentyabrın 30-na Ermənistanın dövlət borcu 9 milyard 31 milyon dollar və ya 4 trilyon 369 milyard dram təşkil edib. Avqust ayı ilə müqayisədə borc 86 milyon dollar, il kontekstində isə 1 milyard 184 milyon dollar artıb.
Dövlət borcunun böyük hissəsi hökumətin xarici borcudur ki, bu 8 milyard 564 milyon dollar təşkil edir. Bu məbləğə xarici kreditlər və borclar, qeyri-rezidentlər tərəfindən alınmış qiymətli kağızlar və dövlət xarici valyuta istiqrazları daxildir. 
İlin əvvəli ilə müqayisədə hökumətin xarici borcu 1 milyard 190 milyon dollar artıb.
Hökumətin daxili borcu 2 milyard 372 milyon dollardır. Buraya daxili kreditlər və dövlət xəzinə istiqrazları və dövlət valyuta istiqrazlarının rezidentləri tərəfindən alınmış borclar daxildir. 
Hökumətin daxili borcu 6 milyard 192 milyon dollardır. 

DİGƏR XƏBƏRLƏR

Top