Pekində Qış Olimpiya Oyunları şəhərciyi yanvarın 27-də açılacaq


Pekində 2022-ci ildə baş tutacaq Qış Olimpiya Oyunları üçün inşa edilən şəhərciyin açılışı yanvarın 27-nə planlaşdırılır. 
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Pekində Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, Çin paytaxtı merinin müavini Çjan Tszyandonq mətbuat konfransında bildirib. O konfransda qeyd edib ki, burada dünyanın hər yerindən gələn idmançıları qəbul etməyə hazırdırlar.
Qeyd edək ki, 2022-ci il Qış Olimpiya Oyunlarının məşəli oktyabrın 20-də Afinadan Çinin paytaxtına gətirilib. 24-cü Qış Olimpiya Oyunları Pekində 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top