Vətən Müharibəsi şəhidlərinin ataları bir araya gəlib.
Yeniavaz.com xəbər verir ki, şəhid ataları 19 yaşında şəhid olan Ceyhun İsayevin il mərasimində iştirak ediblər.
Bu barədə Vətən Müharibəsi şəhidi Ülvü Məmmədovun atası jurnalist Vüqar Məmmədov paylaşım edib.
Qeyd edək ki, 26 oktyabr 2001-ci ildə dünyaya gələn şəhid Ceyhun İsayev 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Şəhid Ceyhun İsayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!