İsrail səfiri: "Heç kim bizim münasibətlərimizə mane ola bilməz" - VİDEO


“Biz İsrail-Azərbaycan münasibətlərinin inkişafını və çiçəklənməsini görməkdən şadıq”.
Yeniavaz.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz Tvitter səhifəsində paylaşıb.
O, bildirib ki, Bakıda keçirilən “Qarabağı yenidən qur” sərgisində İsrail şirkətləri tərəfindən müxtəlif texnologiyalar istehsal olunub:
“Biz İsrail ilə Azərbaycan arasında dostluğun getdikcə artdığını bəyan edirik. Heç bir üçüncü ölkə, heç kim bizim münasibətlərimizə mane ola bilməz, heç bir şəkildə. Ümid edirəm ki, dostluğumuzun gələcəyi parlaq olacaq və mən İsrail ilə Azərbaycan arasında daha çox əməkdaşlıq görəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top