Yaponiya şahzadəsi sadə vətəndaşa ərə gedib


Yaponiya şahzadəsi Mako 2012-ci ildə Tokioda universitetdə tanış olduğu sevgilisi Kei Komuro ilə evlənib.
Yeniavaz.com
xəbər verir ki, o bu evlilikdən sonra şahzadə statusunu itirib.
Yaponiya qanunlarına görə, krallıq ailəsinin qadın üzvləri sadə xalqın nümayəndəsi ilə evləndikləri halda sahib olduqları statusu itirirlər. Amma ailənin kişi üzvləri üçün belə bir şərt qoyulmur.
Nikah zamanı krallığa mənsub şəxslər üçün nəzərdə tutulan mərasimi keçirməyən şahzadə Mako şahzadə statusunu itirən qadınlara təqdim edilən ödəməni də qəbul etməyib.
Qeyd edək ki, şahzadənin evlilik sonrası vəkil kimi çalışdığı ABŞ-a köçməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top