Virusa yoluxduqdan 335 gün sonra sağaldı


ABŞ-da koronavirusa yoluxan bir qadının müalicəsi tam 335 gün çəkib.
Yeniavaz.com
“Live Science”yə istinadən xəbər verir ki, bu hal ən uzun koronavirus müalicə müddəti kimi tarixə keçib.
Adı açıqlanmayan 47 yaşındakı qadın virusa 2020-ci ilin yazında yoluxub və o gündən bəri sağalmaq üçün mübarizə aparıb.
Həkimlər buna səbəb kimi qadının daha əvvəl limfoma xəstəsi olması və immun sisteminin zəifləməsini göstərirlər.
Qeyd edək ki, bu günə qədər dünyada 250 milyona yaxın insan koronavirusa yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top