Ermənistan parlamentində Azərbaycanla bağlı qapalı dinləmələr keçirilir - YENİLƏNİB


Ermənistan parlamentinin bu günü keçirilən qapalı iclasında Azərbaycan-Ermənistan sərhədində hazırkı vəziyyət müzakirə olunur.
Yeniavaz.com
"Sputnik Armenia"ya istinadla xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası məsələsi də müzakirəyə çıxarılıb.
İclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan məruzə ilə çıxış edəcək.
Bu mövzuda təcili müzakirələrin keçirilməsi təşəbbüsü ilə müxalif “Ermənistan” və “Mənim şərəfim var” blokları çıxış edib.

***15:28
Ermənistan Milli Assambleyası çərşənbə axşamı Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçirəcək.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, dinləmələrdə Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək.
Parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyan deyib ki, deputatların ən azı 1/5-i ictimai rezonans doğuran mövzu ətrafında müzakirələrin aparılmasını təklif edib.
 “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak edib-etməyəcəyi ilə maraqlanıb, çünki onun fəaliyyəti ilə bağlı suallar var. Rubinyan cavabında müxalifətin təklifini hökumətə ötürdüyünü izah edib və Nazirlər Kabineti sözügedən məmurları dinləmələrə göndərmək qərarına gəlib.
Xatırladaq ki, hələ avqustun 17-də “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan qapalı toplantı təşkil etməyi və sərhəddəki vəziyyəti müzakirə etməyi təklif etmişdi. Hakim partiya yalnız indi bu təşəbbüsə cavab vermək qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top