AZAL Ermənistana uçuşa görə pul ödəməyə başlayıb


Azərbaycanın AZAL aviaşirkəti Ermənistana öz ərazisindən uçuşlar üçün pul ödəyir.
Yeniavaz.com 
xəbər verir ki, məsələ ilə bağlı Ermənistan Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”a açıqlama verib.
Açıqlamada bildirilir ki, Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşlar üçün aeronaviqasiya xidmətlərinin haqqını ödəyir.
Ödənişlərin məbləği təyyarənin çəkisindən, Ermənistanın hava məkanında uçuş məsafəsindən və vaxtından asılıdır. Bu tariflər ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir.
Xatırladaq ki, oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
Məsələ ilə bağlı qurumun tələbi əsasında AZAL-a rəsmi sorğu ünvanladıq. Bu barədə cavab veriləcəyi bildirildi.

DİGƏR XƏBƏRLƏR

Top